agciceyim

Şərtlər və qaydalar

Çatdırılma

Çatdırılma kuryer vasitəsi ilə 24/7 həyata keçirilir.

Bakının mərkəzi rayonlarına (Nərimanov, Səbail, Nəsimi, Xətai, Yasamal, Nizami, Binəqədi) 50 AZN-dən yuxarı sifarişlər üçün çatdırılma ödənişsizdir. Sifarişin məbləği 50 AZN-dən aşağıdırsa çatdırılma 5 AZN təşkil edir.

Bakının mərkəz ətrafı rayonlarına (Sabunçu, Qaradağ, Suraxanı, Xəzər) və kəndlərinə (Mərdəkan, Bilgəh, Maştağa, Novxanı və s.) çatdırılma məbləğdən asılı olmayaraq 7 AZN-dir.

Abşeron yarımadasına, Sumqayıt və Xırdalan şəhərlərinə çatdırılma məbləğdən asılı olmayaraq 12 AZN-dir.

Ödəniş

Ağ Çiçəyim mağazasından alış aşağıdakı ödəniş üsulları ilə həyata keçirilir:

Sifarişinizi qəbul etdiyiniz zaman kuryerə nağd və ya beynəlxalq ödəmə sistemlərinin ödəniş kartı ilə;

Sifarişinizi yaxınlaşıb mağazadan özünüz götürdüyünüz halda nağd şəkildə və ya beynəlxalq ödəmə sistemlərinin ödəniş kartı ilə;

Veb saytımızdan MasterCard və ya Visa Beynəlxalq ödəmə sistemlərinin ödəniş kartı ilə onlayn şəkildə ödəyə bilərsiniz.

Mağazamız İnternet ödənişlərinin tam təhlükəsizliyinə zəmanət verən “3-D Secure” texnologiyasından istifadə edir.

Zəmanət

Biz çiçəklərimizin, kompozisiyalarımızın təravətinə və keyfiyyətinə zəmanət veririk, lakin hər hansı səbəbdən sifarişinizdən narazı qalsanız, çatdırılma zamanı və ya sifarişi mağazadan götürdüyünüz andan etibarən şikayətinizə baxmağa hazırıq. Sizə dərhal mövcud vəziyyətin həllini təklif edəcəyik.

Sifarişin dəyişdirilməsi və geri qaytarılma şərtləri:

Səliqəsiz dizayn yaxud hər hansı bir element əksikliyi sifarişin dəyişdirilib yenidən çatdırılması və ya pulunuzun geri qaytarılması üçün bir səbəbdir. Əgər kompozisiya keyfiyyətsiz, köhnə, solmuş çiçəklərdən ibarət olarsa müştəri kompozisiyanın dəyişdirilməsini tələb etmək hüququna malikdir. Müştəriyə ödənişin geri qaytarılması 7 iş günü ərzində həyata keçirilir.

Şirkət cavabdeh deyil:

-Alıcının telefon nömrəsi və ya ünvanı sifariş prosesində düzgün qeyd olunmayıbsa;

-Alıcı sifarişi qəbul etməkdən və ya alınma vaxtından narazılıq edərsə;

Məxfilik

"Ağ Çiçəyim" şirkəti qanunvericiliyin tələblərinə riayət edir və müştərilərdən alınan məlumatların məxfiliyinin qorunmasına zəmanət verir.